Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı kinorejissor İlqar Safatın "Leonardo Koridoru" tammetrajlı bədii filminin ssenarisi Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən 15-ci Beynəlxalq "Qaranlıq gecə" kinofestivalında iştirak edir.


SİA-nın məlumatına görə, "Leonardo koridoru" filmi festival çərçivəsində təşkil olunan "Baltic Event Co-Production Market"in tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunmaq üçün seçilib.


Festivalın əsas məqsədi beynəlxalq kino və televiziya mütəxəssislərini Baltikyanı ölkələrdə istehsal olunmuş filmlərlə tanış etməkdir.


"Qaranlıq gecə" kinofestivalı dekabrın 2-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə