Emin Ağalarovun Bakıda verəcəyi konsertin vaxtı məlum olub

Emin Ağalarovun Bakıda verəcəyi konsertin vaxtı məlum olub

Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun bu ilin sonunda Bakıda verəcəyi konsertin vaxtı məlum olub. SİA-nın müğənninin saytına istinadən verdiyi məlumata xəbərə görə, konsert dekabrın 22-də Heydər Əliyev Sarayında baş tutacaq. Bildirilib ki, konsertin xüsusi qonaqları "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal olacaq.


Konsertdən əldə ediləcək vəsait Nardaran qəsəbəsində məktəbin bərpasına sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə