İstedadlı vokalçı, Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin şagirdi Yasin Həsənov Almaniyanın paytaxtı Berlində ənənəvi "Berliner Perle -2011" musiqi müsabiqəsində iştirak edir. SİA-nın məlumatına görə, 10-13 yaşlı yeniyetmələrin musiqi müsabiqəsində Y.Həsənov ölkəmizi "Məşhur mahnıların ifaçısı" nominasiyasında təmsil edəcək.
Müsabiqənin şərtlərinə görə, hər bir iştirakçı öz doğma dilində və dünyada məşhur hitlərdən mahnılar səsləndirməlidir.Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət xadimlərinin daxil olduğu münsiflər heyəti müsabiqədə təmsilçilərin səs, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti və repertuar zənginliyini dəyərləndirəcəklər.
Almaniyanın nüfuzlu telekanalları tərəfindən yayımlanacaq "Berliner Perle-2011" müsabiqəsinin məqsədi yeniyetmələrin yaradıcılığı vasitəsilə Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, yetişməkdə olan gənc nəslin yaradıcı potensialının inkişaf etdirilməsidir.
Müsabiqə noyabrın 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB