Fansız bəstəkarı və dirijoru Loran Pötijirarla görüş keçirilib

Fansız bəstəkarı və dirijoru Loran Pötijirarla görüş keçirilib
Bu gün Niyazinin mənzil muzeyində görkəmli fransız bəstəkarı və dirijoru Loran Pötijirarla görüş keçirilib. SİA-nın məlumatına görə, mədəniyyət və incəsənət xadimlərinin, bəstəkarların iştirak etdiyi tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova fransalı qonaq haqqında ətraflı məlumat verib.


O bildirib ki, Fransanın görkəmli bəstəkarı və dirijoru Loran Pötijirar 20-dən çox simfonik əsərin, 160 filmə yazılmış musiqinin müəllifidir, dünyanın məşhur orkestrləri ilə çıxış edir: \"Dirijor cari ilin may ayında Parisdə Əməkdar Artist Murad Hüseynovla birgə konsertdə çıxış edib.


Loran Pötijirar Fransa bəstəkarlıq məktəbi, onun xüsusiyyətləri, bəstəkarlıq sənəti, konsertlərdə müasir bəstəkar əsərlərinin ifası haqqında ətraflı məlumat vermişdir. Vurğulamışdır ki, yaradıcılığında əsas yeri bəstəkarlıq, ikinci yeri isə dirijorluq sənəti tutur.


Opera yazmağın, səslə işləməyin çətinlik və incəlikləri barədə danışan L.Pötijirar, həmçinin gənc bəstəkarların yaradıcılığına münasibətini də bildirib.


Tədbirdə Loran Pötijirarın "Məbədin 12 gözətçisi", "Guru" və digər əsərlərindən parçalar səsləndirilib.


Qeyd edək ki, noyabrın 25-də Fransalı Bəstəkarın Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə