Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Elxan Hacıbaba oğlu Qurbanov bu gün teatrda dünyasını dəyişib. SİA-nın məlumatına görə, 60 yaşlı aktyor ürək tutmasından vəfat edib.
Məlumat üçün bildirək ki, bu gün premyerası nəzərdə tutulan "Romeo və Culyetta" tamaşasında Piter rolunu canlandıracaq aktyorun vəfatına görə tamaşa təxirə salınıb.
Qeyd edək ki, aktyor 1952-ci ildə Bakıda anadan olub. Dram və kino aktyorudur. Bir neçə film, serial və reklamlarda çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB