“Sehrli xalat” bərpa edilib

Azərbaycanın sevilən uşaq filmlərindən olan "Sehrli xalat" bərpa edilib. Filmin bərpasını Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə həyata keçirilib. Film Fondunun mətbuat katibi Rəşad Qasımovun SİA-ya verdiyi məlumata görə, bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.


Qeyd edək ki, 1964-cü ildə istehsal olunan "Sehrli xalat" filminin kinorejissor və operatoru əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyev olub. Filmin bəstəkarı Arif Məlikov, quruluşçu operatoru Teyyub Axundovdur. Baş rollarda Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Yusif Şeyxov, Solmaz Hətəmova, Azər Qurbanov və başqaları iştirak edir.


Bununla yanaşı, Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Ənvər Əblucun şəxsi arxiv fondu yaradılıb. Arxiv fonduna rejissorun fotosənədləri və başqa materiallar daxil edilib. Bütün sənədlər fonda Ənvər Əblucun özü tərəfindən təhvil verilib.


Ə. Əbluc "Bircəciyim", "Qara gölün cəngavərləri", "Ağ atlı oğlan", "Pəncərə" və başqa bədii filmlərin quruluşçu rejissorudur. Son işi "Tərsinə çevrilmiş dünya" filmidir.


Bütün xəbərlər Facebook səhifəmizdə