25 noyabr tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin böyük zalında Muğam ifaçılığının parlaq nümayəndəsi, Qarabağ muğam məktəbinin görkəmli davamçısı - Xan Şuşinskinin 110 illik yubileyi ilə əlaqədar "Muğamımızın Xanı" adlı Ədəbi –Bədii gecə keçiriləcəkdir.
SİA-nın məlumatına görə, tədbirdə görkəmli muğam ifaçımızın yaradıcılığı musiqişünas Aybəniz Məmmədova tərəfindən ətraflı şəkildə işıqlandırılacaq, ədəbi hissədə Xan Şuşinski ilə bağlı xatirələr səslənəcək, görüntülərindən ibarət videoyazılar nümayiş olunacaqdır. Konsertin bədii hissəsində Məktəbin şagirdlərinin ifasında muğam parçaları, Xan Şuşunskinin bəstələdiyi mahnılar səslənəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB