“Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turunda 72 iştirakçı mübarizə aparacaq

Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmək üçün qeydə alınan 119 nəfərdən 72-si milli seçim turunda iştirak hüququ qazanıb. Bu gün İctimai Televiziyada ilkin dinləmələrdən keçən 72 nəfərlə görüş keçirilib və hər bir iştirakçının çıxış edəcəyi həftəni müəyyənləşdirmək məqsədilə püşkatma olub. İştirakçılar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünür və 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcəklər.


İctimai Televiziyadan SİA-ya verilən məlumata görə, milli seçim şousu həftə ərzində 5 gün axşam saat 21:00-da yayımlanacaq. Qaliblər növbəti mərhələyə - yarımfinala vəsiqə qazanacaqlar. Finala keçmiş 3 nəfər iştirakçı isə Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmək uğrunda yarışacaq.


Qeyd edək ki, Milli seçim turunda digər ölkə vətəndaşı olan 3 nəfər də iştirak hüququ qazanıb. Onların 3-ü də ABŞ vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə