Slovakiya \"Eurovision” mahnı müsabiqəsində iştirak edəcək təmsilçisini seçib
Miro Şmayda Slovakiyanın "Pop İdol" müsabiqəsində iştirakından sonra tanınıb. O, 2011-ci ildə Slovakiyanı bu müsabiqədə təmsil etmək istəsə də, bu arzusu yerinə yetməyib. Onun Bakıda ifa edəcəyi mahnı hələ məlum deyil.
Qeyd edək ki, Slovakiyanın "ESC 2012"də iştirakı sual altında idi. "RTVS" hazırda çətin böhran keçirir. Şmayda Miro bəyan edib ki, o müsabiqədə çıxışını özü maliyyələşdirəcək.
"Euovision-2012"də təmsilçisini müəyyənləşdirən digər ölkə Serbiyadır. Serbiyanın milli yayımçısı "RTS" elan edib ki, bu ölkəni "ESC 2012"də Jelko Yoksimoviç təmsil edəcək. Bu müğənni 2004-cü ildə İstanbulda keçirilən "Eurovision" müsabiqəsində Serbiya və Çernoqoriyanı təmsil edib və ikinci yeri qazanıb. Jelko Bakıda ifa edəcəyi mahnını özü seçəcək. Onun seçdiyi mahnı "RTS"də xüsusi buraxılışda tamaşaçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB