Ramiz Mirişli: “Atam müharibəyə gedəndə biz çox zülm çəkdik”-MÜSAHİBƏ-FOTOSESSİYA
Səs TV-nin "Səsiniz gəlsin" rubrikasının növbəti qonağı xalq artisti, bəstəkar və professor Ramiz Mirişli oldu.
Uzun zamandır heç bir verilişə çəkilməyən Ramiz müəllim ürəyini bizə açdı. Bir çox tanınmış mahnıların müəllifi 77 yaşında olmasına baxmayaraq özünü 27 yaşındaki gənc kimi hiss edir.
Bəstəkar Şövkət Ələkbərova, Rəşid Behbudov, Sara Qədimova və canlı korifey Zeynəb Xanlarova kimi sənətkarlara mahnı yazıb.
Onu da bildirək ki, Ramiz Mirişli 1934-cü ilin 16 aprel tarixində Naxçıvanda dünyaya gəlib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə əməkdar incəsənət xadimi və 1990-çı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Həsas qəlbə sahib bəstəkarın fəaliyyəti tək mahnı yazmaqla bitmir. O, həm də 1993-cı ildən professordur.
- Fikrimcə, bu cür bəstəkarın uşaqlıq illəri hər kəsə maraqlı olar. Elə mənim özümə də. Bəlkə illər öncəni yaşadıqlarınızı bizimlə bölüşəsiniz?
- Əslində mən o dövrdə yaşadıqlarımı uşaqlaıma və nəvələrimə danışıram, mənə inanmırlar. Çünki uşaqlıq dövrüm müharibə illərinə düşüb. O zamanlar çox çətin idi, Naxçıvanda qış sərt keçirdi. Məktəbə gedirdim, ancaq isti paltarım yox idi. Bizdə meyvə ağacları var idi və müharibə vaxtı bizə kömək edirdi. Yadımdadır, böyüklərə 400 qramlıq, uşaqlara isə 200 qramlıq çörək verirdilər. Atam müharibəyə gedəndə, biz çox zülm çəkdik.
-Yəqin musiqiyə meyliniz də elə o çətin dövrlərdən başlayıb.
-Xalamgilə getmişdim və gördüm ki, xalam oğlu kamaça çalır. Bu da mənim çox xoşuma gəldi. Ondan sonra getdim musiqi məktəbinə. Ancaq anam bunun əleyhinə idi. 10-cu sinifi bitirdikdən sonra Xarici Dillər Universitetinin Alman dili fakultəsinə daxil oldum. 1-2 aydan sonra Asəf Zeynallı adına texnikoma, görkəmli bəstəkarımız Süleyman Ələsgərlinin yanına gəldim. Kamança çaldım və o məni bəyəndi. Söylədi ki, səni birbaşa ikinci kursa götürürəm. 3-cü kursda artıq konservatoriyanı bitirdim. Sonra Naxçıvanda müəllim işlədim. Ardınca isə Daha sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə imtahan verdim və qəbul oldum.
-Və ardınca ilk mahnınız işıq üzü gördü.
-Bəli, 1962-ci ildə "Dalğalar" mahnısı olub. İlham Səfərli ilə bir məhlədə yaşayırdıq. Atamın da, anamın da tələbəsi olub. Eşitmişdi ki, konservatoriyada oxuyuram. Evinə çağırdı və mənə "Dalğalar" mahnısının sözlərini verdi, mən də yazdım. Mahn hazır olan kimi onu Şövkət Ələkbərovanın oxumasını düşündüm. Şövkət xanıma zəng etdim və o da böyük məmuniyyətlə qəbul etdi. Mahnını göstərdim və çox da xoşlarına gəldi. Şövkət xanım mahnını ifa etdikdən sonra mənə çox uğur gətirdi. O vaxtdan fikirləşdim ki, artıq mahnı yaza bilərəm. İndi artıq musiqinin bir çox janrlarında əsərlərim var. Yeni nəsldən "Azəri star" yarışında 10-na yaxın mahnımı oxuyublar. Gözəl də alınıb.
- Ümumiyyətlə, nə vaxt hiss edirsiniz ki, artıq mahnını yazmaq vaxtıdır?
-Hiss etmirəm. Nə vaxt olsa oturub yazıram. İri həcmli əsərlər yazanda çox düşünürəm. Mahnını fikirləşən zaman şeirə diqqət edirəm. Gərək şeiri özümə hopdura bilim. Mahnılarımı bəstələyəndə heç kimi eşitmirəm. 3 oğul böyütmüşəm və işləyərkən onlara mane olmamağa çalışmışam.
-Müğənnilər mahnıları sizdən gəlib evdə alırlar?
-Mahnılarımı satmıram. Ərsəyə gətirdiklərimi Milli Konservatoriyadan gəlib götürürlər. Evimə ancaq dost dediyim müğənnilər gəlir.
-Bu piyanino arxasında ərsəyə gətirdiyiniz mahnılara əziyyət çəkirsiniz. Onları evinizin qapısından çıxararkən üzülürsünüzmü?
- Xeyir, onlar mənim övladlarımdır. Heç bir mahnımla vidalaşmıram. Çünki onlar mənə doğma və əzizdirlər. Bəstələrimin üzərində zəhmət çəkirəm, ürəyimi qoyuram. Bu dünyada hər şey çətindir. Mahnı bəstələmək belə.
Mahnılarımı tək Azərbaycanda deyil, xarici ölkələrdə də ifa edirlər.
-Mahnılarınızın qiyməti neçəyədir ?
-Bu zamanadək heç kimə mahnı satmamışam. Ancaq hökümət tərəfdən qonorlar almışam. Əgər hər hansısa bir mahnımı satsam, ancaq bir müğənni oxuya biləcək. "Dalğalar" mahnısını 30-dan çox müğənni oxuyub. Əsərlərimi heç zaman pulla ölçməmişəm. İstəmişəm ki, xalqımız bəstələdiyim mahnıları sevsin.
- Mahnılarınızı ürəyinizcə ifa edə bilməyən müğənnilər olubmu?
-Bəstələrimi hansısa müğənniyə verəndə hər zaman fikirləşmişəm ki, müğənni onu oxuya bilsin. Mahnının gözəl alınması müğənnidən aslıdır. Çünki müğənni öz ifası ilə mahnını sevdirməlidir. Musiqilərimi ürəyimcə ifa edə bilməyən müğənniləri heç axtarmıram da. Ancaq pis hala salınan mahnılarımı başqa müğənni ifa edərək sevdirib.
-O zamanlar mərhum sənətkarlarımız dahi bəstəkarlara üstünlük verirdilər. Ancaq indiki cavanlar dahilərin ərsəyə gətirdiyi mahnılara yox, ara mahnılarını seçirlər.
- Bu yaxınlarda Elton məni konsertinə çağırmışdı. Həmin konsertdə mənim mahnılarımı ifa edirdi. Sonra mənə bildirdi ki, anam sizin mahnılarınızı çox sevir. Bir çox müğənnilər var ki, mənim mahnılarımı oxuyurlar.
-Bəs, o bir çox müğənnilər bəstələrinizi oxuyan zaman sizdən icazə alır?
-Niyə icazə almalıdırlar ki? Mahnılarım heç kimin deyil. Onlar ancaq mənə məxsusdurlar. Kim istəsə oxuya bilər.
-Ancaq bəzi Bəstəkarlar müğənniləri dəfələrlə məhkəmə veriblər ki, mahnımı icazəsiz oxuyub
- Mən elə hərəkət etmərəm. Bu yaxınlarda mənim mahnımı Elza Seyidcahan və Röya xanım oxuyub. Hansısa bir müğənni bəstəkarın mahnısı oxuyursa, bunun nəyi pisdir və nəyə görə müğənni bəstəkardan icazə almalıdır?
-Mahnılarınızı ermənilər də oğurlayıb.
- Hə, düzdür, "Can alan", "Qızlar bulağı" mahnılarımı oxuyublar. Onlar oğrudular da. Bizdən oğurladıqdalı tək mənim mahnılarım deyil ki.
-Ramiz müəllim, 77 yaşında tək yaşayırsınz. Çətin deyil ki?
-77? Mənim 27 yaşım var (gülür) Əslində heç bilmirəm neçə yaşım var. Mənim övladlarım da bəstəkardılar. Bir evdə neçə bəstəkar olar? Ancaq oğlum Nazimlə mahnı bəstələmişəm. Oğlanlarım mahnı yox, sinfonik əsərlər yazırlar. Böyük oğlum Türkiyədə 7 il çalışıb.
-Görəsən, övladlarınız Ramiz Mirişli kimi sənətkar ola biləcəklərmi ?
-Ramiz Mirişli adi sənətkardır. Düzdür, mənim haqqımda hər zaman çox böyük sözlər deyirlər. Ancaq heç bir vaxt özümü tərifləməmişəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB