İrəvan Dövlət Dram Teatrı Qarsda

İrəvan Dövlət Dram Teatrının Türkiyənin Qars şəhərində Çanaqqala istiqlal müharibəsində azərbaycanlıların qəhrəmanlığına həsr olunan, türk yazıçısı Zehni Papaqçının əsəri əsasında səhnələşdirilən "Soyqırımı abidəsinin dastanı" tamaşası teatrsevərlərin rəğbətinə səbəb olub.

Bu barədə SİA-ya teatrın direktoru İftixar Piriyev məlumat verib. O bildirib ki, tamaşanı Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Qars bələdiyyəsinin sədri Nevzat Bozkuş, Azərbaycan dərnəklərinin sədrləri də seyr edib.

İftixar Piriyevin quruluş verdiyi tamaşadan sonra teatrın rejissoruna və aktyorlara xatirə hədiyyələri təqdim olunub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının 130 illik yubileyi münasibətilə təşkil olunmuş qastrol səfəri İstanbul, Ankara və Manisa şəhərlərində də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə