Heydər Əliyev Sarayında “Yeni il” şənliyi

Heydər Əliyev Sarayında “Yeni il” şənliyi

Heydər Əliyev Sarayında 29-30 dekabrda uşaqlar üçün "Yeni il" şənlikləri keçiriləcək. Bu barədə SİA-ya Saraydan məlumat verilib. Məlumata görə, şənlikdə ən tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər. "Renessans" rəqs teatrı, "Asiman" rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları öz yeni rəqsləri, musiqiləri ilə uşaqları sevindirəcəklər. Proqramın musiqili qonaqları xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva olacaq.

Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq. Respublikanın ən maraqlı "Yeni il" şənliyində Şaxta baba və Qar qızda uşaqları təbrik edənlərin sırasında olacaqlar.

Bundan əlavə, "Yeni il" şənliyinin iştirakşılarını maraqlı sürprizlər gözləyir.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək "Yeni il" şənliyi saat 13.00 başlayacaq. Biletlərin qiyməti 5 manatdan -10 manata qədərdir. Biletlər artıq satışdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə