Maykl Ceksonun keçmiş sürücüsü müğənni haqqında çəkilən filmi Londonun \"Fame Bureau\" hərracına çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, film 4 milyon funt (təxminən 6,5 milyon dollar) dəyərində qiymətləndirilib. Sürücünün verdiyi məlumata görə, iki saatlıq film Maykl Ceksonun 1993-cü ildə ikinci dünya turnesi ərəfəsində lentə alınıb.
M.Ceksonun sifarişi ilə çəkilən film bu vaxtadək işıq üzü görməyib. Belə ki, bu ekran əsəri indiyə qədər naməlum səbəblərdən Ceksonun ürəyincə olmayıb və o, bu filmdən imtina edib. Lakin videolent təsadüfən adı açıqlanmayan sürücünün əlinə keçib.
Sürücünün sözlərinə görə, Braziliyanın San-Paulo şəhərində keçirilmiş qastrol zamanı Ceksonun komandasını nəqliyyatla təmin etdiyi üçün film ona şəxsən mükafat kimi verilib. Bu ekran əsəri noyabrın 26-da satışa çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB