Nazir: “Bu ilin sonuna qədər bütün otellər \"hotline\" şəbəkəsinə qoşulacaq”
Bu ilin sonuna qədər bütün otellər \"hotline\" şəbəkəsinə qoşulacaqlar. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, artıq üç ildir ki, otellərdə yerləri onlayn sifariş etmək imkanı var: "Bu işi türkiyəli həmkarlarla birgə \"otel hotline\" şəbəkəsi vasitəsi ilə həyata keçirirlər. Bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər".
\"Düşünürəm ki, ilin sonuna qədər bütün hotellər bu şəbəkəyə qoşulacaqlar və bu xidmətin tətbiqi tamamlanacaq. Bu, həm də \"Eurovision-2012\" və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib amildir\", - Qarayev deyib.
Qeyd edək ki, gələn il Azərbaycanda keçiriləcək \"Eurovision\" mahnı müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB