“Eurovision\" Azərbaycanın daha da tanınmasına və xarici turistlər üçün maraqlı bir məkan olmasına zəmin yaradacaq”

“Eurovision\" Azərbaycanın daha da tanınmasına və xarici turistlər üçün maraqlı bir məkan olmasına zəmin yaradacaq”

"Azərbaycan "Eurovision-2012" yarışmasını qəbul etməyə birmənalı şəkildə olaraq tam hazırdır. Bu tədbir Azərbaycanın daha da tanınmasına və xarici turistlər üçün maraqlı bir məkan olmasına zəmin yaradacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.

ÜTT baş katibi həmçinin vurğulayıb ki, "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi Azərbaycan üçün bilavasitə reklamdır: "Bu il Azərbaycan "Eurovision" müsabiqəsində qalib gələndə çox insan ölkəniz haqqında ilk dəfə eşidirdi. Bu il siz dünyanın diqqətini özünüzə cəlb etdiniz və gələn il dünyanın buraya gəlib bilavasitə sizinlə tanış olmasına şərait yaradacaqsınız. İnanıram ki, Bakıya gələn hər insan Azərbaycana mənim kimi heyran olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə