Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib - FOTO

Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib - FOTO
Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mədəniyyət günləri çərçivəsində geniş konsert proqramı baş tutub.


Rəsmi şəxslərin, Mərakeş Krallığı nümayəndə heyətinin iştirak etdikləri tədbirdə Mərakeşin tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səslənərək müasir rəqslər təqdim olunub.


Müğənni Samirə Belhajın Azərbaycan dilində oxuduğu "Sarı gəlin" xalq mahnısı alqışlarla qarşılanıb.


Qeyd edək ki, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsinin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə