Azərbaycan 30-cu Beynəlxalq İstanbul Kitab Sərgisində iştirak edəcək
Azərbaycan bu gündən noyabrın 20-dək 30-cu Beynəlxalq İstanbul Kitab Sərgisində iştirak edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Kitab sərgisində Azərbaycana ayrılmış milli kitab stendində 200-ə qədər müxtəlif adda kitab nümayiş olunacaq. Tədbirdə həmçinin Azərbaycanın mədəniyyətini və turizm potensialını əks etdirən çap məhsulları iştirakçılara paylanılacaq.
Sərgi çərçivəsində noyabrın 13-də ""Kitabi-Dədə Qorqud"dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri" adlı beynəlxalq konfrans keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB