Mərakeşli rejissorun çəkdiyi film azərbaycanlı tamaşaçıların marağına səbəb olub

Mərakeşli rejissorun çəkdiyi film azərbaycanlı tamaşaçıların marağına səbəb olub
Bu gün Muzey Mərkəzində Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri çərçivəsində tanınmış Mərakeş kinorejissoru David Ulad Saidin komediya janrında çəkdiyi "Pazolinini gözləyərkən" filmi nümayiş etdirilib.


SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev zəngin və qədim ənənələrə malik Mərakeş kinosunun tarixi haqqında məlumat verib.


Filmdə sadə mərakeşlilərin həyatından bəhs edilir. Mərakeşin uzaq bir əyalətində bir fırıldaqçı xəbər yayır ki, ölkənin tanınmış kinorejissoru Pazolini onların görüşünə gələcək. Hamı hazırlıq görür, müxtəlif söz-söhbətlər yayılır. Nəhayət, əyalət sakinləri öyrənirlər ki, həmin rejissor 35 il əvvəl dünyasını dəyişib. Qəribə sonluqla bitən filmi tamaşaçılar maraqla izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə