Yeni ili unudulmaz edəcək dünya sənətçiləri Azərbaycanda- FOTO
Məşhur türk müğənnisi, həm Türkiyədə, həm də bütün dünyada bir çox mükafatlar laureatı Tarkan Yeni il ərəfəsində, 31 dekabrda Baku Expo Center-də konsert proqramı ilə çıxış edəcək.Müğənninin mahnılarını parlaq, yadda qalan şou müşaiyət edəcək. Yeni il konsertində həm də \"Slivki\" qrupu və yeni il gecəsini davam etdirəcək Tarkanın Dj-i iştirak edəcək. Biletlər150 manatdan 500 manata qədərdir.
Rusiyanın tanınmış sənətçiləri Leonid Aqutin və Anjelika Varum 2012-ci ili Azərbaycanın paytaxtında qarşılayacaqlar. -nın məlumatına görə, sevilən sənətçilər Yeni il gecəsi Bakı səhnəsində konsert verəcəklər.
Onlarla yanaşı, həmin gün bakılı tamaşaçılar qarşısına populyar mahnıları ilə tanınmış "Cipsy Kings" qrupu da çıxacaq. Tanınmış musiqiçilərin konserti dekabrın 31-də "Buta Palace"da təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB