Azərbaycanda Gürcüstandan olan uşaqların rəsm sərgisi təşkil ediləcək

Azərbaycanda Gürcüstandan olan uşaqların rəsm sərgisi təşkil ediləcək

Azərbaycanda Gürcüstandan olan uşaqların rəsm sərgisi təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, layihədə məqsəd Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili ənənələrinin bərpa edilməsidir.


Azyaşlı rəssamların Bakıdakı sərgisi noyabrın 15-dən 17-nə baş davam edəcək. Sərgidə gürcüstanlı uşaqların 90-a qədər əsəri nümayiş etdiriləcək. Tədbirdə iştirak etmək üçün Gürcüstandan qonaqların gəlişi gözlənilir.


Qeyd edək ki, Gürcüstan tərəfinin dəvətinə əsasən cari ilin iyun-iyul aylarında Bakı şəhərinin "DA’ Art" Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri Tiflis şəhərində səfərdə olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə