84-cü “Oskar” mükafatlarının təqdimat mərasimini kimin idarə edəcəyi bəlli olub- FOTO

84-cü “Oskar” mükafatlarının təqdimat mərasimini kimin idarə edəcəyi bəlli olub- FOTO

Hollivudun tanınmış aktyoru Eddi Merfi 84-cü "Oskar" mükafatlarının təqdimat mərasimini idarə etməkdən imtina edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyorun yerinə kimin gələcəyi isə artıq açıqlanıb.

Məlumata görə, həmin şəxs isə tanınmış komik obrazların mahir ifaçısı Billi Kristal olacaq. Bundan öncə isə "Oskar"ın təqdimat mərasimin prodüseri postundan Eddi Merfi ilə sıx əməkdaşlıq edən rejissor Brett Ratner istefa verib. Bunun səbəbi Ratnerin bir müddət öncə verdiyi açıqlamalara görə yaranan qalmaqal olub. O, istefa qərarını belə izah edib ki, onun gələcək iştirakı kino akademiyanın nüfuzuna mənfi təsir göstərə bilər.

Amerika kino akademiyasının 84-cü "Oskar" mükafatlarının təqdimat mərasimi 2012-ci il fevralın 26-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə