Ədalət Vəliyev Mərakeş Krallığının Mədəniyyət nazirini qəbul edib - FOTO
Bu gün Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Mərakeş Krallığının Mədəniyyət naziri Bensalem Himmişi qəbul edib.
SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Ədalət Vəliyev mədəniyyət günlərinin proqramlarını qonaqların nəzərinə çatdırıb. O, həmçinin iki ölkə arasında mədəni əlaqələrin geniş şəkildə inkişaf etdiyini vurğulayıb: "Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar Qərargah yaradılıb, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb".
Daha sonra Krallığın mədəniyyət naziri B. Himmişi keçən il Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilməsinə toxunaraq bildirib ki, bu il burada mədəniyyət günlərinin keçirilməsi sevindiricidir. O gündən Bakı çox dəyişib. Ölkəniz günü- gündən inkişaf edir.
Sonda qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, sabah Rəşid Behbudov adına Mahnı Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasiminin, 12-13 noyabrda Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirənin keçirilməsinin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB