Bu gün tanınmış xanəndəmiz, xalq artisti İslam Rzayevin doğum günüdür. SİA-nın məlumatına görə, xalq artisti 1934-cü ildə Füzulidə anadan olan və muğam teatrının yaradıcılarından olan xanəndə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olub.
İyirmi ilə yaxın İslam Rzayev Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə incəsənətin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub. Dünyanın 70-dən çox ölkəsində Azərbaycanı təmsil edən İslam Rzayev Səid Rüstəmov, Cahangir Cahangirov, Arif Məlikov, Bəhram Nəsibov və başqa məşhur bəstəkarların mahnıları ilə zəngin repertuara malik sənətkar idi. Görkəmli xanəndə eyni zamanda ifa etdiyi 10-larla mahnının müəllifi idi. Təkrarolunmaz sənətkarın yoxluğu Azərbaycan incəsəntinin bərpaolunmaz itkisidir.
İslam Rzayev 2006-cı il yanvarın 26-da dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB