\"Asiavision\" Mahnı Müsabiqəsi layihəsinə start veriləcək

\"Asiavision\" Mahnı Müsabiqəsi layihəsinə start veriləcək

\"Eurovision\" formatına uyğun \"Asiavision Mahnı Müsabiqəsi\" (Asiavision Song Contest) layihəsinə start veriləcəyi açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Asiya Yayımları Birliyi (ABU) Baş Assambleyanın 2012-ci ildə Seulda keçiriləcək iclası zamanı bildirilib.

Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae (Kenny Kihyung Bae) şounun meneceri vəzifəsini həyata keçirəcək. Bae \"Eurovision\" layihəsinin pərəstişkarı olduğunu və 2012-ci ildə Bakıda keçiriləcək müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib.Onun sözlərinə görə, Azərbaycanın \"Asiavision\" layihəsinə qonaq qismində dəvət olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə