I Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində maraqlı tamaşalar nümayiş olunub
Bu gün Bakıda keçirilən I Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində maraqlı tamaşalar nümayiş olunub. SİA-nın məlumatına görə, gün ərzində paytaxtımızın balaca sakinləri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Qazaxıstan Kukla Teatrının təqdimatında M.Bartenovun "Çil-çil toyuğun tapmacaları", Litva "Lele" Kukla Teatrının hazırladığı V.Adayevskinin "Musiqili mücrü", Rusiya Çuvaş Dövlət Teatrının təqdim etdiyi E.Şmittin "Tanrıya on dörd məktub", Azərbaycanın "Bəbək" Televiziya teatrının hazırladığı İ.Rəhimlinin "İz" tamaşalarını maraqla izləyiblər.
Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB