Milli Kitabxanada beynəlxalq seminar keçirilir

Milli Kitabxanada beynəlxalq seminar keçirilir

Bu gün M.F.Axundov adına Milli Kitabxanada beynəlxalq seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) qeyri-kommersiya təşkilatının MDB ölkələri üzrə koordinatoru Reyn vann Çaldrop və satış üzrə baş mütəxəssis Vivien Kuk, respublikanın aparıcı kitabxanalarının mütəxəssisləri iştirak ediblər.

"OCLC: üzvlük və servislər yer erada" adlı beynəlxalq seminarı giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açıb. Avtomatlaşdırılan kitabxana şəbəkəsinin əhəmiyyəti, idarə olunması haqqında ətraflı məlumat verib.

Daha sonra isə Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov müasir, qloballaşma dövründə əsas strateji resurs olan informasiya, bu resursdan istifadə qaydalarından danışaraq OCLC-in məqsədi və vəzifələri, bu təşkilatın kitabxanalara, kitabxana işinin və kitabxana xidmətinin inkişafına yardım etməsi kimi məsələlərin həll olunmasında böyük əhəmiyyətini diqqətə çatdırıb.

F.Qurbanov son illər ölkəmizdə gedən abadlıq işləri, xüsusən mədəniyyət və teatr müəssisələrinin dünya standartlarına uyğun təmirini ölkə başçısının mədəniyyət sahəsinə olan diqqət və qayğısının təzahürü kimi dəyərlədirib.

Proqrama uyğun olaraq seminarın ikinci günü qonaqların Azərbaycan Milli Kitabxanası, AMEA Kitabxanası, Prezident Kitabxanası və Azərbaycan Diplomatik Akademya Kitabxanasında görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə