Bəstəkarlar İttifaqında gənc kinematoqrafçılarla görüş keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının "Gənclərlə iş" bölməsinin növbəti iclası çərçivəsində gənc kinematoqrafçılarla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kinorejissor Tariyel Vəliyev və onun tələbələri, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Firidun Allahverdiyev, gənc bəstəkar Ayaz Qəmbərli iştirak ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə milli kinematoqrafiyamızın inkişafında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin səmərəli əməyindən bəhs edib. F. Əlizadə vurğulayıb ki, Azərbaycan kinorejissorları ilə bəstəkarlarının yaradıcılıq əməkdaşlığı uzun illərin ənənələrinə söykənir və bu əlaqə bu gün də davam etdirilməlidir.
Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Rüfət Kərimzadənin "Affekt", Leyla Abdullayevanın "Ana" filmləri nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB