\"Eurovision-2012\" üçün Milli seçimlərin ilkin dinləmələri başlayır
"Eurovision-2012" mahnı müsabiqəsi üçün Azərbaycanın milli seçim turuna sənəd vermiş 119 iştirakçı noyabrın 3-də, 5-də və 7-də ayrı-ayrı qruplar halında İctimai Televiziyada ilkin dinləmədən keçəcək. Bu barədə SİA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib.
O bildirib ki, çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir. Dinləmədən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq. Seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın "Eurovision-2012" təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB