Cəbrayıl Əzimov yad edilib
Azərbaycan Dövlət Film Fondunda əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 85 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə fondun foyesində C.Əzimovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.


SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev rəssamın yaradıcılığı haqqında ətraflı məlumat verib.


Tədbirdə əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, xalq Artisti Rafiq Əzimov və başqaları rəssam haqqında xatirələrini bölüşüb.

Tədbirdə rəssamın əsərlərindən ibarət videomaterial nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə