Ramiz Mustafayevin 85 illiyi qeyd edildi- FOTO

Ramiz Mustafayevin 85 illiyi qeyd edildi- FOTO

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, xalq artisti, "Şöhrət" Ordenli Ramiz Mustafayevin 85 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, R. Mustafayev çox məhsuldar bəstəkardır: "O, xüsusilə iri həcmli, monumental musiqi janrlarında yazmağı çox sevirdi. Onun yaradıcılığına miqyaslılıq çox xasdır. Elə bunun üçün də R. Mustafayevin yaradıcılığında mühüm yeri musiqili-səhnə əsərləri, simfonik və vokal-simfonik bəstələmələr başlıca yer tutur".

Daha sonra isə əməkdar incəsənət xadimi Aida Tağızadə yubilyarın sənət yoluna nəzər salaraq vurğulayıb ki, xalq artisti Ramiz Mustafayevin musiqili-səhnə, vokal-simfonik əsərlərə meyli onun keçdiyi mürəkkəb, lakin maraqlı həyat yolu ilə də ciddi bağlıdır: "Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra, onun yaradıcılığında opera və operetta janrı xüsusi əhəmiyyət kəsb edir. Yazdığı beş opera arasında ona daha çox uğur gətirən "Vaqif" operası olub".

Tədbirdə həmçinin əməkdar incəsənət xadimi Zemfira Qafarovanın "Ramiz Mustafayev" monoqrafiyasının təqdimat mərasimi də baş tutub.

Tədbirin davamında Azərbaycan Televiziyası və Radiosunun C. Cahangirov adına Xoru öz ifasını səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə