Ölümündən sonra ən çox qazanan sənətçilər kimlərdir?- FOTO

Ölümündən sonra ən çox qazanan sənətçilər kimlərdir?- FOTO

Bəziləri yaşayarkən çox qazanır, bəziləri isə öldükdən sonra da qazanmağa davam edər. Hətta yaşayarkən qazandığından daha artıq qazanır. Dünyanın ən məşhur iqtisadiyyat jurnalı olan "Forbes" ölümlərindən sonra ən çox qazanan məşhurların siyahısını hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk sırada 2009-cu ildə dünyasını dəyişən pop müğənni Maykl Cekson bir ildə 170 milyon dollar qazanan məşhur sənətçi olub.

İkinci yerdə ölümündən sonra 55 milyon dollar qazanan rokun kralı Elvis Presley qərarlaşıb.

Üçüncü sıranın sahibi isə 27 milyon dollar qazanan Hollivudun əfsanəvi adı Merlin Manro olub.

Bütün xəbərlər Facebook səhifəmizdə