I Bakı Beynəlxalq Kukla Biennalı təşkil olunacaq

I Bakı Beynəlxalq Kukla Biennalı təşkil olunacaq
Bakıda "Fusion Doll" I Bakı Beynəlxalq Kukla Biennalı təşkil olunacaq. Biennal noyabrın 4-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutacaq.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, I Bakı Beynəlxalq Kukla Biennalının əsas məqsədi nüfuzlu təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik Azərbaycanla uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdən ibarətdir.

Biennalda 9 ölkədən 19 kukla ustası iştirak edəcək. Bu ölkələr arasında Azərbaycanla yanaşı, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya ("Vaxtanov" Qalereyası) və Ukrayna da var. Biennalın rəsmi açılış mərasiminin noyabrın 4-də keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə