İctimai Televiziyada \"Eurovision-2012\" mahnı müsabiqəsi üçün milli seçim turuna sənəd qəbulu başa çatıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun SİA-ya verdiyi məlumata görə, gələn il Bakıda keçiriləcək müsabiqədə Azərbaycanı təmsil etmək istəyənlərin sayı 119 nəfərdir.
T. Məmmədovun sözlərinə görə, yaxın günlərdə iddialıların ilk ələnmə prosesi başlayacaq: \"Profesional münsiflər heyətinin seçdiyi şəxslər seçim turunun əsas mərhələsinə qatılacaqlar və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Milli seçimin qaydaları ötən il olduğu kimidir. Ölkə təmsilçimiz münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək. Qeyd edək ki, ötən il Azərbaycana uğur gətirən bu şəffaf seçim üsulu Eurovision Mahnı Müsabəqisinin keçirilməsi qaydası ilə eynidir və Avropa Yayımları Birliyi tərəfindən müsbət qiymətləndirilib\".
\"Bir neçə mərhələdən ibarət olan Milli seçim turuna sənəd verənlər arasında ötən illərin yarışmalarında iştirak edənlər və tanınmış gənc müğənnilər, eləcə də digər ölkələrdə yaşayanlar var\",- deyə şöbə müdiri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB