“Qızıl kitab”a yazılan gənc musiqiçilərin konserti keçiriləcək

“Qızıl kitab”a yazılan gənc musiqiçilərin konserti keçiriləcək
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılan və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc musiqiçilərin konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunacaq.

Konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcək. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil olunub.

Konsert oktyabrın 27-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə