Şahin Növrəslinin konserti alqışlarla qarşılanıb

Şahin Növrəslinin konserti alqışlarla qarşılanıb
Bu gün Beynəlxalq Muğam Mərkəzində Montre Beynəlxalq caz festivalının laureatı, tanınmış caz musiqiçisi Şahin Növrəslinin konserti keçirilib. SİA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production" şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq caz festivalının proqramına uyğun olaraq həyata keçib.


Konsertdə gənc ifaçı Ş.Növrəslinin çıxışı alqışlarla qarşılanıb, onun məharətlə ifa etdiyi caz kompozisiyaları maraqla dinlənilib.


Məlumat üçün bildirək ki, istedadlı cazmen Şahin Növrəsli bir çox beynəlxalq musiqi festivallarının laureatıdır.O, bu festivalların hər birində milli musiqimizi layiqincə təmsil edib. Ş.Növrəsli musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxuyarkən klassik və caz musiqisinə maraq göstərib.


Qeyd edək ki, festival oktyabrın 29-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə