Azərbaycan cazı Hindistanda
Azərbaycanın məşhur saksafonçusu və əməkdar artist Rain Sultanov öz triosu ilə birlikdə \"Song of Soul\" dünya musiqi festivalında Azərbaycanın caz mədəniyyətini və etnik musiqini tanıtdıracaq. SİA-nın məlumatına görə, musiqi festivalı Hindistanın Kalkutta şəhərində baş tutacaq.

Noyabrın 18-21-də olacaq konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi reallaşacaq.

Onu da qeyd edək ki, oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalı çərçivəsində saksafonçunun konserti olacaq.

Qeyd edək ki, R. Sultanov hal- hazırda yeni albom üzərində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə