476 aztəminatlı ailədən olan məktəbliyə forması və çantası hədiyyə verilib

476 aztəminatlı ailədən olan məktəbliyə forması və çantası hədiyyə verilib

"Məlahətli Ana" uşaqlara yardım İctimai Birliyinin hesabat xarakterli mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən İB-nin sədri Natiq Əhmədov bildirib ki, təşkilatın keçirdiyi "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" kampaniyası çərçivəsində 476 aztəminatlı ailədə böyüyən şagirdə məktəbli forması və çantası hədiyyə verilib.

N. Əhmədov onu da vurğulayıb ki, kampaniya çərçivəsində minlərlə şagirdə isə yalnız məktəbli çantası ilə dəstək olmaq mümkün olub.

Məlumat üçün bildirək ki, layihənin gerçəkləşməsinə bir sıra şirkətlər, iş adamları, müğənnilər və sadə vətəndaşlar da dəstək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə