Rövşən Cabbarovun rəhbərlik etdiyi “Rövşən” ritm qrupu solo-konsert verəcək

Rövşən Cabbarovun rəhbərlik etdiyi “Rövşən” ritm qrupu solo-konsert verəcək

Rövşən Cabbarovun rəhbərlik etdiyi "Rovşən" ritm qrupu ciddi-cəhdlə növbəti solo-konsertə hazırlaşır. Konsertlə bağlı SİA-ya məlumat verən qrup rəhbəri bildirib ki, musiqiçilərin çıxışı H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Komediya Teatrında baş tutacaq: "Konsertdən iki ay əvvəl artıq məşqlərə başlamışıq. Gündəlik olaraq proqramı məşq edirik. Ümid edirik ki, həmin gün tamaşaçılara maraqlı ritmli anlar bəxş edə biləcəyik". Onu da öyrəndik ki, artıq konsertə bütün biletlər satılıb qurtarıb.

Həmin gün bir çox sənətçi dostları da "Rövşən" ritm qrupuna dəstək olacaqlar. Bu sırada Elmira Ələkbərzadə, meyxanaçı Vüqar, tar ifaçısı Humay Qədimova, Kərim, "Bizim şəhər" qrupu, gənc ifaçılardan Nərgiz, Vüsal, Kənan, Elçin və digərləri səhnəyə çıxacaqlar.

Konsert oktyabrın 23-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə