“Müstəqil Azərbaycanım” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Müstəqil Azərbaycanım” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb


Muzey Mərkəzində "Müstəqil Azərbaycanım" adlı respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması və təqdim edilən rəsm və əl işləri sərgisinin açılış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, müsabiqə dövlətimizin bərpasının 20 illiyinə həsr olunub: "Müsabiqəyə Respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilib. Müsabiqənin münsiflər heyəti müsabiqəyə təqdim edilən işlərə baxış keçirərək qalibləri və fərqlənən iştirakçıları müəyyən edib".

Sonra müsabiqəyə təqdim edilən rəsm və əl işlərinin sərgisinə baxış keçirilib.

Məluamat üçün bildirək ki, "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" Prezidentin müvafiq sərəncamının və Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili üçün iş planının müvafiq bəndlərinə uyğun olaraq uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı respublika müsabiqəsi keçirilib.

Qeyd edək ki, sərgi 21 oktyabr tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə