İki gün ərzində \"Eurovision\"un milli seçimlərinə 10 nəfər sənəd verib

İki gün ərzində \"Eurovision\"un milli seçimlərinə 10 nəfər sənəd verib

Eurovision mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio 2012-ci ildə bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün oktyabrın 15-dən Milli seçim turuna başlayıb. Milli seçimlərdə iştirak etmək üçün artıq 10 nəfər sənəd verib. Bu barədə SİA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov məlumatr verib. Onun sözlərinə görə, sənəd verənlərdən 2 nəfər-Adil Baxışlı və Altun Zeynalov ötən il keçirilən Milli seçim turunda da iştirak edib.


Qeyd edək ki, milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaq.


Müsabiqə tam olaraq Eurovision Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə