Türkiyəni “Eurovision- 2012”-də kimin təmsil edəcəyi məlum olub
Gələn il Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsində Türkiyəni kimin təmsil edəcəyi qardaş ölkənin mətbuatında gündəmə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, müsabiqədə Türkiyəni təmsil edəcək müğənninin kimliyi artıq bəllidir. Həmin müğənni Atiye Dənizdir.
Türk mətbuatında yerli qəzetlərin birində çalışan köşə yazarı Tolqa Akyıldız müğənninin bu yarışmaya məhz atasının geniş əlaqələri sayəsində qatıldığını vurğulayıb.
Buna baxmayaraq yazar onu da bildirib ki, müğənni bu müsabiqəyə getməyə layiq idi: "İnanıram ki, çox layiqincə bu işin öhdəsindən gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB