Şuşa Musiqili Dram Teatrının bölgələrə qastrol səfəri başlayır
Bu gündən xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" və Nurəddin Qəmbərin "Meymunun dəfni" tamaşası ilə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin bölgələrə qastrol səfəri başlayır.Bunu SİA-ya açıqlamasında teatrın direktoru Yadigar Muradov bildirib.
Onun sözlərinə görə, qastrol səfəri teatrın 138-ci mövsümünün açılışı və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar təşkil edilib: "Qastrol səfərində kollektiv Bərdə və Samuxda məskunlaşan qaçqın soydaşlarımız, eləcə də Ağdam və Goranboy rayonlarında yerləşən hərbi hissələrdə "Nəğmə bir gülüşdür, hər dərdə məlhəm" adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, qastrol səfəri oktyabrın 20-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB