Xalça Muzeyinin qapıları açıldı
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Dövlət Muzeyində açıq qapı günü elan edilib.


Muzeydən SİA-ya verilən məlumata görə, "Açıq qapı" günü oktyabrın 18-də, saat 9:00-dan 18:00-a qədər davam edəcək. Muzeydə hər yaş kateqoriyasından ziyarətçilər üçün giriş pulsuz olacaq. Uşaqlar üçün isə həmin gün xüsusi proqramın təqdim olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə