Gürcüstanın balet ustaları Azərbaycan səhnəsində çıxış edəcəklər

Gürcüstanın balet ustaları Azərbaycan səhnəsində çıxış edəcəklər

Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası oktyabrın 26-da Azərbaycanda qastrolda olacaq. Truppa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edəcək.


Bu barədə SİA-ya Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, gürcüstanlı sənətçilər Jorj Bizenin musiqisinə "Variasiyalar", Gürcü xalq melodiyaları əsasında "Saqalobeli" və L.Eto, N.Yamaquçi və A.Toşanın musiqisinə "Yaponiya haqqında yuxular" baletlərini təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə