Coşqun İzmirə gedəsi olmadı

"Bu şəhərdə"nin sakinlərindən olan Coşqun Rəhimovun səhhəti yaxşıdır. Həkimlər aktyorun hələ ki, Bakıda müalicə olunacağını deyirlər. Bunu SİA-ya açıqlamasında layihənin prodüseri Müşfiq Abbasov bildirib.

Onun sözlərinə görə, aktyorun səhhətinin pisləşməsi oktyabrın 5-də Heydər Əliyev adına Sarayda keçirilən "Ailəvi" konsertinin son nömrədən dərhal sonra olub: "Coşqunun səhhətinin pisləşməsinə səbəb dərmanların təsirindən baş verib. Baxmayaraq ki, həkimlər həmin tamaşalarda verilən fasilələr zamanı Coşqunun səhhətini yoxlayırdı. Həmin günün səhəri analiz verdik. Cavablar isə dünən bəlli olub. Həkimlərin qərarına əsasən aktyor hələ ki, Bakıda bir kurs müalicə götürəcək. Buna görə də İzmirə getməyə lüzum qalmadı. Yanvar ayında onsuzda yoxlanışdan keçmək üçün oraya mütləq gediləcək".

Qeyd edək ki, \"Bu şəhərdə\"nin \"Ailəvi\" konserti oktyabrın 5-dən 9-dək davam edib. Bu il layihə 11 yaşını qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə