Heydər Əliyev Sarayında bayram bayrama qarışır

Heydər Əliyev Sarayında bayram bayrama qarışır

Heydər Əliyev adına Sarayda noyabrın 5-də Qurban bayramına həsr olunan konsert keçiriləcək. Bu barədə SİA-ya Sarayın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, konsertdə xalq artistləri Nazpəri Dostəliyeva, Aygün Bayramova, əməkdar artistlər Tünzalə Ağayeva, Aygün Hümmətova, Teyyub Aslanov, Manana, İlqar Muradov, Lalə Məmmədova və digər populyar müğənnilər Elnur, Elton, Samir Piriyev, Rəşad İlyasov, Aşıq Samirə, Ehtiram Hüseynov, Murad Sadıx ifa edəcəklər.

Bayram konsertində dövlət mahnı və rəqs ansamblı da çıxış edəcəklər. Konsert saat 19:00-da başlanacaq. Biletləri şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10 – 40 manata qədərdir.

Bununla yanaşı, noyabrın 14-də Sarayda "Azad ölkənin şən uşaqları" adlı uşaqlar üçün əyləncəli konsert keçiriləcək. Uşaqların məktəb tətillərini nəzərə alaraq keçirilən konsert saat 13:00-da başlanacaq. Biletlərin qiyməti: 5 – 15 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə