Bu gün Avropa filmləri festivalının iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüblər. SİA-nın məlumatına görə, universitetin prorektoru, professor Rafiq Sadıqov tələbə və müəllimləri qonaqlarla tanış edib.
Fransadan gələn görkəmli kinorejissor Olivye Horl, Avstriyanın tanınmış kinorejissoru Maykl Qlavogger, Almaniyadan olan kinorejissorlar-Ştefan Kolbe ve Kris Rayt, yunanstanlı aktyor Gennadios Patris Azərbaycanda olmalarından qürur duyduqlarını bildiriblər.
Görüşdə xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımov Prezident İlham Əliyevin xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə xüsusi diqqət göstərməsindən söhbət açıb.
Tələbələr qonaqlarla alman, ingilis, fransız dillərində ünsiyyətdə olublar. Söhbət zamanı bildirilib ki, Avropa filmləri festivalının proqramına daxil edilən 12 ölkənin 11 filmi Azərbaycandan əvvəl bir çox beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb. Bu filmlər Belçika, Çexiya, İtaliya, Polşa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yunanıstan və Fransa və digər ölkələrin kinorejissorlarının yaratdıqları ekran əsərləridir.
Qeyd edək ki, Avropa filmləri festivalı oktyabrın 10-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB