"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran müğənni Nigar Camal yeni albomunu təqdim etməyə hazırlaşır. Bu barədə SİA-ya müğənninin prodüseri İsa Məlikov məlumat verib.
Onun sözlərinə görə, albomun hazırlıq işləri gedir: "Diskin təqdimatının tarixi məlum olmasa da bu yaxın zamanlarda olacaq.
Məlumat üçün bildirək ki, müğənninin debüt albomu üzərində prodüseri İsa Məlikov çalışır. Albomda musiqisi İsa Məlikova, sözləri isə Nigar Camala məxsus olan mahnı yer alıb. Həmin mahnıya klip çəkiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB