Cahangir Cahangirovun xatirə gecəsi keçiriləcək

Cahangir Cahangirovun xatirə gecəsi keçiriləcək
Oktyabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr edilən xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə C.Cahangirovun həyat və yaradıcılığı barədə geniş məlumat veriləcək.


Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək.


1921-ci il iyunun 20-də Balaxanıda dünyaya göz açan Cahangir Cahangirov Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə