Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 1-dən 6-dək Bakıda Beynəlxalq kukla teatrı festivalı keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Noyabrın 2-də kukla teatrı sənətinə həsr olunan elmi simpozium işə başlayacaq. Simpoziumda Azərbaycanın teatr tənqidçilərindən İlham Rəhimli və Aydın Talıbzadənin çıxışları nəzərdə tutulub.
Festival çərçivəsində kukla teatrlarımız müxtəlif tamaşalar nümayiş etdirəcəklər.
Bakıda ilk dəfə keçiriləcək festivalda dünyanın 20 ölkəsindən 25 kukla teatrı iştirak edəcək. Festivalda tamaşaların nümayişi ilə yanaşı, 4 ustad dərsinin keçirilməsi də nəzərdə tutulub. Bu dərsləri Britaniya, İspaniya, Türkiyə və Avstriyanın məşhur kukla teatrlarının mütəxəssisləri keçəcəklər.
Noyabrın 2-də kukla teatrı sənətinə həsr olunan elmi simpozium işə başlayacaq. Simpoziumda Azərbaycanın teatr tənqidçilərindən İlham Rəhimli və Aydın Talıbzadənin çıxışları nəzərdə tutulub.
Festival çərçivəsində kukla teatrlarımız müxtəlif tamaşalar nümayiş etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB